Menu

Şahmat Federasiyasından Şəhriyarın sponsor şikayətinə REAKSİYA

27.08.2018, 13:47
Şahmat Federasiyasından Şəhriyarın sponsor şikayətinə REAKSİYA

Xəbər verdiyimiz kimi, azərbaycanlı qrossmeyster, beynəlxalq turnirlərdə tarixi qələbələrə imza atan Şəhriyar Məmmədyarov sponsorsuzluqdan gileylənib. O, ard-arda yarışlara çıxmasının düzgün olmadığını vurğulasa da, bunu pul üçün etdiyini etiraf edib. O, bu cür məsələlərə görə, şahmatdan bezdiyini də bildirib. Azərbaycan şahmatının "Şah”ı beynəlxalq yarışlara öz hesabına getdiyini deyib.

"AzPolitika" xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Unikal.org-a açıqlama verib. Bildirib ki, o, bu günə qədər heç bir yarışa öz hesabına getməyib:

"Şəhriyar Məmmədyarov hazırda çox ağır bir turnirdə oynayır. Bu ağır turnir yəqin ki, onun əhval-ruhiyyəsinə öz təsirini göstərir. O, heç bir turnirə öz hesabına getmir və hazırda onun ən böyük sponsoru Azərbaycan dövlətidir.

Əgər onun qatıldığı turnir yığma komandaya aiddirsə, federasiya tərəfindən, klubdursa, qatıldığı yarış həmin təşkilat tərəfindən maliyyələşdirilir. Əgər super turnirdirsə, öz şəxsi statusuna müvafiq olaraq turnir təşkilatçıları tərəfindən maliyyələşdirilir və ona həm yol, həm də qalmaq pulu ödənilir.

Ola bilsin ki, Şəhriyar Məmmədyarov onunla gedən şəxsi məşqçisinə öz pulundan xərcləsin.

Mən də istəyərdim onun şəxsi sponsoru olsun. Hazırda onun bir sponsoru var - Azərbaycan dövləti....

Ş.Məmmədyarov öz yüksək statusuna görə bundan da yüksəklərə layiqdir. Azərbaycan tarixində bu cür şahmatçı olmayıb. Yaxın gələcəkdə də olacağını düşünmürəm.

Ş.Məmmədyarov hər cür dəstəyə, sponsora layiq adamdır. Ona ölkə başçısı, federasiyamızın rəhbəri, Gənclər və İdman Nazirliyi tərəfindən daim dəstək göstərilir. Dəfələrlə Məmmədyarov və ailəsinə dövlət tərəfindən mükafatlar və mənzillər verilib".

Şərhlər

Nefт mexaniki 2018-08-27 13:47:25

Sponsor deуəndə, Ş.Məmmədov Azərbaуcan SSR dovrünü уaşaуırmış? О zaman H.Qasparov, isтədiуi hər vasiтəni 1-ci rəhbərin qəbulunda əldə edirdi. Oxşar şans S.Aуnura bircə dəfə də verilməуib. Oтən aуlarda dünуa çempionu Şəhriуarın kənar dəsтəklə qələbələr qazandıgını bəуan edəndə, onun Şahmaт duelinə çagrılmasını mən şərhimlə тəklif eтmişdim. Məncə, bir neçə ilin nəтicəsi SOCARın şahmaтımıza sponsurlugununun Nefтçi fuтbolundan çox aşagı risqli oldugunu тəsdiqləуib?

omer 2018-08-27 13:47:25

Hansinin duz dediyi hokmen arasdirilib xalqa melumat verilmelidir.qaldiki dovletin sponsorluq etmesine,menim fikrimce bu tamami ile yanliw ve digerleri ile muqaisede ayri seckilikdir ..biz de wahmatcilar hemiwe guclu olub.onlari ayirmaq duzgun olmaz,hele bunu wahmat fedarasiyasinin mesul iwcisi edirse qeti qebuledil.ezdir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol