Menu

Finlandiyada yeni xəbər kanalı işə düşüb - Ərəb dilində

27.08.2018, 22:15
Finlandiyada yeni xəbər kanalı işə düşüb - Ərəb dilində

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Finlandiyada ərəb dilində ilk xəbər kanalı - «EsrooFM» işə düşüb. «Yle»-nin xəbərinə görə, ay ərzində kanalı orta hesabla 100 min nəfər dinləyəcək.

KİV-in məlumatına görə, «Facebook» və «YouTube»-da yayımlanan kanalın əməkdaşları özlərinin məqsədi kimi, ərəbdilli miqrantların fin cəmiyyətinə inteqrasiyasına dəstək vermək və ölkədəki ictimai diskussiyaları izləmək imkanı yaratmaqdan ibarət olduğunu elan edirlər.

Yayımın həcmi gün ərzində 6 saat təşkil edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol