Menu

«İran ABŞ sanksiyalarına qarşı» - BMT Beynəlxalq məhkəməsi dinləmələrə başlayıb

28.08.2018, 00:28
«İran ABŞ sanksiyalarına qarşı»  - BMT Beynəlxalq məhkəməsi dinləmələrə başlayıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, bu gün Birləşmiş Millətlər Təşkilatı (BMT) Beynəlxalq məhkəməsində «İran Vaşinqtona qarşı» iddiası üzrə dinləmələrə start verilib. İş, Ağ Ev tərəfindən İrana qarşı sanksiyalar rejiminin bərpa edilməsinə aiddir. Sanksiyalar rejimi «altılığın» razılığı ilə ləğv olunmuşdu (AFR).

Dinləmələr, iddiada İran tərəfin təqdim etdiyi arqumentlərin və gələcəkdə birtərəfli məhdudlaşdırıcı tədbirlərdən çəkinmək barədə tələbinin təqdim olunması ilə başlanıb.

İran bəyan edib ki, ABŞ-ın sanksiyaları 1995-i ildə iki ölkə arasında bağlanmış «Dostluq, iqtisadi əlaqələr və konsul hüquqları barədə» Müqavilənin şərtlərini pozur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol