Menu

İtkin düşən azərbaycanlı ər və arvadın meyitləri tapıldı - Rusiyada

28.08.2018, 00:35
İtkin düşən azərbaycanlı ər və arvadın meyitləri tapıldı - Rusiyada

Rusiyanın Novosibirsk vilayətinin Zayeltsovskiy rayonunda yaşayan azərbaycanlı ər və arvadın meyitləri tapılıb.

"Report"un əldə etdiyi məlumata görə, əslən Azərbaycanın Qazax rayonundan olan, 1980-cı il təvəllüdlü Rəhimov Rəhim Həsənağa oğlu və onun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Kseniya Rəhimova rayon kənarında yaşadıqları evdən bir neçə gün əvvəl itkin düşüblər.

Yaxınlarının axtarışı nəticəsində ötən gün onların meyiti rayon ərazisindəki meşədə, yaşadıqları evə yaxın yerdə tapılıb.

Meyitlərin üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol