Menu

Morninqstarı kim əvəz edəcək? - Səfirlikdən açıqlama

31.07.2014, 17:13

MorninqsarFəaliyyət müddəti başa çatan Riçard Morninqstarın ölkəsinə dönüşündən sonra ABŞ-ın Azərbaycandakı səfirinin səlahiyyətlərini müvəqqəti işlər üzrə vəkili Derek Hoqan icra edəcək.

Bu barədə AzVision.az-a səfirlikdən məlumat verilib. Bildirilib ki, Derek Hoqan yeni səfir təyinatınadək Monrinqstarın keçmiş postuna rəhbərlik edəcək.

ABŞ Senatı 2012-ci il iyunun 30-da R.Morninqstarın Azərbaycanda səfir postuna namizədliyini təsdiq etmişdi.

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri postuna yeni namizədin adı açıqlanıb. Ağ Evin rəsmi saytında yer alan xəbərə görə, Prezident Barak Obama ABŞ-ın Azərbaycandakı yeni səfiri postuna hazırda dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin birinci müavini olan Robert Frensis Sekutanın namizədliyini irəli sürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol