Menu

İstintaq Təcridxanasında müəmmalı ölüm

31.07.2014, 17:31
İstintaq Təcridxanasında müəmmalı ölüm

38 yaşlı məhbusun ölüm səbəbi bilinmir

Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında ölüm hadisəsi baş verib. Lent.az-ın əldə etdiyi məlumata görə, təcridxanada saxlanılan 1976-cı ilə təvəllüdlü Quliyev Natiq Əlisəfa oğlu müəssisənin tibb məntəqəsində ölüb.

38 yaşlı N.Quliyevin ölüm səbəbi araşdırılır.

Qeyd edək ki, N.Quliyev Abşeron rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılıb. Daha əvvəl isə o, sərxoş vəziyyətdə avtomobil idarə edərkən piyadanı vurub öldürdüyünə görə məsuliyyətə cəlb edilibmiş.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol