Əgər Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük niyyətini bəyan etsə, Ermənistan veto haqqından istifadə edəcək.Oxu.Az xəbər verir ki, bu fikirləri Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, KTMT-də olduğu kimi, Avrasiya İqtisadi Birliyində qərarlar iştirakçı ölkələrlə müzakirələrdən sonra verilir.
Anna Naqdalyan xatırladıb ki, eyni zamanda, Azərbaycanın KTMT-yə üzv olma imkanları analitik dairələrdə müzakirə edilir.
“Əgər bu məsələ gündəmə gəlsə, Ermənistan veto hüququndan istifadə edəcək”, - Naqdalyan qeyd edib.


Şərhlər
Rusiya bütün sahələrdə ölüyə çevrilmiş bir ölkədir.Ancaq casusluq və terrorçuluqla məşğul olur.Xarici siyasəti tam yıxılmış işğalçı bir dövlətin quluna çevrilmək üçün,gərək elə rus olasan.
KTMT-yə daxil olmaq elə rusun boyunduruğuna girmək kimi bir şeydir.Əgər belə olacaqdısa,onda rus hərbiçilərinin DQ-da qətlə yetirdiyi on minlərlə şəhid balalarımızın qanını hara yazaq?