Menu

"Bu cür reaksiyanı prezidentdən gözləmirdim" - VİDEO

28.08.2018, 16:49
"Bu cür reaksiyanı prezidentdən gözləmirdim" - VİDEO

Ukraynalı jurnalistlə prezident arasındakı dialoq qalmaqala səbəb olub

Ukraynanın Nikolayev şəhərinə səfər edən Pyotr Poroşenko ilə yerli jurnalist İvan Kazora arasında baş tutan kiçik dialoq sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. "AzPolitika.info" Rusiya mətbuatına istinadla xəbər verir ki, prezidentin davranışları yerli mediada ciddi etirazla qarşılanıb.

Ukrayna prezidentinə yaxınlaşan jurnalist onun şəhərin abadlaşdırılmasına vəsait ayrılacağı ilə bağlı vədlərini nə zaman yerinə yetirəcəyi barədə sual verib. Lakin sualdan xoşu gəlməyən P.Poroşenko mikrofonu əli ilə qapadaraq, jurnalistə hər şeyi "çöldə başa salacağını" bildirib. Bu zaman araya girən mühafizəçilər mətbuat təmsilçisini prezidentə yaxın buraxmayıblar.

İnsidentlə bağlı videonu internetə yerləşdirən İ.Kozora öz şərhində yazıb ki, bu cür davranışı nazirlərdən, yaxud polis əməkdaşlarından gözləsə də, prezidentdən gözləməyib: "Doğrusu, adi suala bu cür reaksiyanı kimdən gözləsəm də, prezidentdən gözləmirdim. Hələ biz də özlərini jurnalistlərə qarşı aqressiv aparan bəzi deputatlardan, məmurlardan və polislərdən nəsə gözləyirik. Düzü, bugün baş verənlərdən sonra artıq Poroşenkoya heç bir sualım yoxdur. Yoxsa doğrudan da çölə çıxaram və məni başa salarlar..."

Xatırladaq ki, bir neçə aydan sonra Ukraynada prezident seçkiləri keçiriləcək. Son sorğuların nəticələrinə görə, hazırkı prezident seçkidə ən yaxşı halda yalnız 3-cü yerə ümid edə bilər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol