Menu

"Türkiyə-Rusiya münasibətləri ABŞ-a alternativ deyil" - Mövlud Çavuşlğlu

29.08.2018, 00:11
"Türkiyə-Rusiya münasibətləri ABŞ-a alternativ deyil" - Mövlud Çavuşlğlu

«AzPolitika.info»-nun Türkiyə KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə Cümhuriyyətinin xarici işlər naziri Mövlud Çavuşlğlu bəyan edib ki, Türkiyə-Rusiya münasibətləri bu ölkənin Amerika Birləşmiş Ştatları (ABŞ) və Avropa İttifaqı (Aİ) ilə münasibətlərinə alternativ deyil.

«Biz, ədalətsiz sanksiyalarda - bir ölkənin digərinə təibiq etdiyi sanksiyalarda iştrak etməyə borclu deyilik. Bizim Rusiya ilə münasibətlərimiz ABŞ və Aİ ilə münasibətlərimizə alternativ deyil. Türkiyə balanslaşdırılmış siyasət yürüdür» - deyə, Çavuşoğlu «NTV» telekanalına danışıb.

Nazir həm də Rusiyadan S-400 zenit-raket kompleksinin (ZRK) alınmasını «məcburi addım» adlandırıb və bildirib ki, ABŞ bu qurğuları Türkiyəyə satmaq istəməyib.

Çavuşoğlu xatırladıb ki, Vaşinqton Türkiyəyə «Patriot» ZRK qurğusunun satılmasına zəmanət verə bilmir və beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələrin tədarukünü donduracağı ilə hədələyir.

Şərhlər

t.ədalət 2018-08-29 00:11:07

Artıq Türkiyənin xarici siyasətinin öz axarına düşəcəyinin şahidi oluruq.Türkiyənin uğurları hər bir türkün qürurudur.Nə qədər ki dünyada Türkiyə var,biz də varıq.erməni-rus hərbi birləşmələrinin işğal etdiyi torpaqlarımız da geri alınacaq.Bircə ölkədə vəzifələri zəbt etmiş arvadı və anası erməni olanlardan,aramıza soxulmuş rus casuslarından qurtula bilsək,hər şey yaxşı olacaq.Bizim Respublika Veteranlar Təşkilatını ələ keçirmiş təqaüdçü rus zabitlərini də müh.veteranları ilə əvəz etməyin vaxtı çatıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol