Menu

Azərbaycana ən çox siqaret satan ölkə dəyişdi

29.08.2018, 15:25
Azərbaycana ən çox siqaret satan ölkə dəyişdi

Azərbaycan 2018-ci ilin I yarısında 55 mln. 459,7 min dollar məbləğində siqaret idxal edib, bu da ötən ilin anloji dövrünün göstəricisindən 19,83% azdır. Bu barədə hökumətdən məlumat verilib.

Hesabat dövründə Azərbaycana ən iri siqaret tədarükçüsü Ukrayna olub. Xüsusilə, bu ölkədən 45 mln. 385,44 min dollar (artım 37,6%) məbləğində siqaret idxal olunub.

Bundan başqa, 2018-ci ilin yanvar-iyun aylarında Rusiyadan Azərbaycana 6 mln. 130,84 min dollar (azalma 82,2%) məbləğində siqaret idxal olunub.

Bütövlükdə respublikaya siqaret tədarükünün 93%-i Ukrayna və Rusiyadan idxalın payına düşüb.

2017-ci ildə Azərbaycana $159 mlın. 894,81 min məbləğində siqaret daxil olmaqla, tütün məmulatlarının idxalı 160 mln. 54,33 min dollar təşkil edib. /“İnterfaks-Azərbaycan”

 

Şərhlər

Kolxozdar 2018-08-29 15:25:58

Qida Тəhlükəsizliуi Agenтliуi, Səhiууə Nazirliуi və İsehlakçılar birliуi Kənd тəfərrüaтı nazirliуi ilə birgə hər hansı olkədən, hər hansısa siqareт-тüтün məhsullarının və vasiтələrinin(sulu qəlуan və s.) idxalının qadagasına nail olmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol