«AzPolitika.info»-nun Ukrayna KİV-nə istiqadla verdiyi xəbərə görə, Ukrayna silahlı qüvvələri mülki-hərbi əməkdaşlıq idarəsinin rəisi, polkovnik Aleksey Nozdraçov bildirib ki, 2014-cü ilin avqustunda İlovaysk uğrunda (Donetsk vilayəti) gedən döyüşlərdə Rusiyanın 200-dən artıq hərbçisi həlak olub. Xəbəri «112 Ukrayna» kanalı yaıb.
«Müxtəlif kəşfiyyat orqanlarından alınmış informasiyalar və bizim fəaliyyətimizin nəticəsi göstərir ki, İlovaysk hadisələri zamanı Rusiyanın 200-dən bir qədər artıq hərbi qulluqçusu həlak olub» - deyə, polkovnik jurnalistlərə bildirib.
Nozdraçovun sözlərinə görə, həmin döyüşlərdə daha 300-ə yaxın Rusiya hərbçisi yaralanıb.
Xatırladaq ki, 2014-cü il avnustun axırında «Donbas üsyançıları» İlovaysk uğrunda döyüşlərdə Ukrayna hərbçilərini mühasirəyə almışdı. Ukrayna tərəfinin məlumatına görə, o zaman 366 Ukrayna hərbi qulluqçusu həlak olmuş, 429-u isə yaraanmışdı.
Onu da qeyd edək ki, Rusiya tərəfi öz hərbçilərinin Donbas silahlı münaqişəsində iştirakını qəti şəkildə inkar edir.


Şərhlər