Menu

Daxili İşlər Nazirliyi müsabiqə keçirdi - Qalib yoxdur...

29.08.2018, 17:08
Daxili İşlər Nazirliyi müsabiqə keçirdi - Qalib yoxdur...

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan Polisinin 100 illik yubileyi münasibətilə daxili işlər orqanlarının fəaliyyətini işıqlandıran və tərənnüm edən nominasiyalar üzrə respublika müsabiqələri elan edib.

Müsabiqə 2018-ci il fevralın 28-də başlayıb, mayın 30-da başa çatsa da, nəticələr elan olunmayıb.

Qeyd edək ki, qaliblər üçün müəyyən edilən mükafat indiyədək jurnalistlər arasında keçirilən müsabiqələr arasında ən yüksəyi idi: I yer 3000 manat, II yer 2000 manat, III yer 1000 manat.

DİN-nin müsabiqə komissiyası əvvəlcə müsabiqə nəticələrinin ilin sonundək elan ediləcəyini desə də, sonradan ümumiyyətlə nəticələr ləğv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, jurnalist yazılarını dəyərləndirən komissiya üzvləri ümumilikdə daxil olan materiallardan narazı qalıb:

“Materiallar içərisində polisin fəaliyyətini tam tərənnüm edən yazılar olmayıb. Ona görə də müsabiqənin qalibləri yoxdur”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol