Xaçmaz şəhərində yerləşən Səməd Vurğun adına park yanıb.Bu gün parkın yandığını görən şəhər sakinləri əraziyə dərhal yanğınsöndürmə briqadası çağırıblar.
Hadisə şahidlərinin sözlərinə görə, parkı tanımadıqları saqqallı bir nəfər yandırıb.
Sakinlər iddia edir ki, Səməd Vurğun parkını “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev hansısa yolla əlinə keçirib. Belə ki, əvvəllər parkdan şəhər sakinləri istirahət üçün istifadə edə bilirdilərsə, bir müddət əvvəl park hasara alınıb və buraya giriş dayandırılıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, yanğınsöndürənlərin müdaxiləsindən sonra yanğının qarşısı alınıb. Ancaq çoxlu sayda ağac yanaraq məhv olub.
Əraziyə polis əməkdaşları da gəlib. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır./Yenicag.az/











Şərhlər
Əvvəla, bu raуonun adı dəуişdirilməli-Xudaт və s. qəbul edilməlidir. Aу Уeni Çag, zəhməт çəkib bir belə məlumaт hazırlamısınız. Ancaq, heç bir suala cavab уoxdur. Sizə İcra Hakimiууəтi, Уangın sondürənlər, DOVLƏТin уerli Mülki arxivi S.Vurgun parkın aidiууəтi üzrə sənəd gosтəriblərmi? Sahibin icazəsi olmadan parka girmək mümkünmü? Maтerialınız sual уaradıb: Xaçmaz S.Vurgun parkı da hansısa Priverdiуvэ saтılıb, уoxsa AzDovləтinin-xalqının mülkiууəтində qalıb?
Qalıb-qalıb elə xalqın mülkiyyətində qalıb. Xalq dedikdə Piriverdiyev başa düşün.