Menu

Fələstin futbolunun ulduzu Əhəd Zakut öldürülüb

31.07.2014, 22:23
Fələstin futbolunun ulduzu Əhəd Zakut öldürülüb

49 yaşlı Zakut yatarkən həlak olub, bomba onun evinə düşüb

Qəzza zolağına İsrail Hərbi Hava Qüvvələrinin növbəti hücumunun gedişatında Fələstin futbolunun ulduzu, milli yığmanın sabiq yarımmüdafiəçisi Əhəd Zakut həlak olub.

ANS PRESS-in məlumatına görə, bu haqda Reuters agentliyi xəbər verib.

49 yaşlı Zakut yatarkən həlak olub, bomba onun evinə düşüb.

Zakut son illər məşqçilik fəaliyyəti ilə yanaşı Fələstin televiziyasında şou verilişi aparırdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol