Menu

Donald Tramp ABŞ-ın ÜTT-dən çıxacağı ilə hədələyib

31.08.2018, 10:00
Donald Tramp ABŞ-ın ÜTT-dən çıxacağı ilə hədələyib

Birləşmiş Ştatlar prezidenti Donald Tramp Ümumdünya Ticarət Təşkilatı yaxşılığa doğru dəyişməyəcəyi təqdirdə, ölkəsinin təşkilatdan çıxacağını istisna etməyib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o bunu "Bloomberg"ə müsahibəsində deyib.

"Əgər onlar öz işlərini yaxşılaşdırmasalar, mən ÜTT-dən çıxacağam", - deyə D.Tramp bildirib.

Onun sözlərinə görə, ÜTT-də ABŞ ilə "uzun illərdir ki, çox pis davranırlar və təşkilat "dəyişməlidir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol