"Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeganə üzvü deyil".
"Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev avqustun 31-də keçirdiyi brifinqdə rəsmi Yerevanın Azərbaycanın KTMT-yə mümkün üzvlüyünə veto qoymaq barədə açıqlamasına münasibət bildirərkən deyib.
"Ermənistan KTMT-nin yeganə üzvü deyil, bu təşkilatın digər üzvləri də var", - o deyib.
Xatırladaq ki, Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi vəzifəsini müvəqqəti icra edən Anna Naqdalyan bildirib ki, Azərbaycan KTMT-yə daxil olmaq niyyətini açıqlayacağı təqdirdə Ermənistanın veto hüququndan istifadə edəcək.


Şərhlər
Beyem biz bele can atiriq ora girmeye?ya bizi yavaw yavaw yazilar vererek istiqametlendirirsiz..?bize lazim olan tewkilat deyil
AZƏRBAYCAN QOŞULMAMA HƏRƏKATININ ÖZVÜDÜR VƏ HEÇ BİR BOLKA QOŞULA BİLMƏZ ...
Düşmən ermənistanla eyni təşkilata qoşulmaq özü xəyanətdir.Rus-erməni hərbiçiləri Azərbaycana elə bir xəyanət ediblər ki,bu xəyanətin izi min illər sinəmizdən silinməyəcək.erməni-rus birliyinə qoşulmaq üçün,gərək elə erməni olasan.
əgər Amerika İranı vurmaq üçün Azərbaycandan yer istəsə,Azərbaycana ehtiyacı yoxdur.İraqdan Körfəzdən Aydan və s vura bilər.qarğa məndə qoz var deyib iranla daha pis vəziyyətə gətirməyin.KTMT üçün Ermənistanın Veto hüqüqu olub olmadiğini bilmirəm.amma bizim Azərbaycanın ora girməmək üçün hüqüqumuz var.