Menu

Putin Robert Koçaryana zəng edib

31.08.2018, 13:34
Putin Robert Koçaryana zəng edib

Rusiya prezidenti Vladimir Putin Ermənistanın keçmiş prezidenti Robert Koçaryana telefonla zəng edib.

"Report" Kremlin saytına istinadən xəbər verir ki, V.Putin avqustun 31-də 64 yaşı tamam olan sabiq prezidenti təbrik edib.

Qeyd edək ki, R.Koçaryan 1998-2008-ci illərdə Ermənistanın prezidenti olub. Bundan sonra o, aktiv siyasi fəaliyyətlə məşğul olmayıb.

Daha əvvəl R.Koçaryan "Sputnik-Ermənistan"a müsahibəsində Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyə hazır olduğunu bildirib.

Şərhlər

Abit 2018-08-31 13:34:27

Ermenistandakı oyunların başında kimin dayandığı melumdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol