Menu

Den Bilzeryanın adı "arzuolunmaz şəxslər" siyahısına daxil ediləcək

31.08.2018, 13:42
Den Bilzeryanın adı "arzuolunmaz şəxslər" siyahısına daxil ediləcək

Erməni əsilli ABŞ vətəndaşı, milyonçu qumarbaz Den Bilzeryan Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyinə görə onun adı Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısına daxil ediləcək.

Bunu "Report"a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Siyahını rüb üzrə yeniləyirik. Den Bilzaryan, şübhəsiz ki, ora daxil ediləcək", - o deyib.

Xatırladaq ki, daha əvvəl erməni əsilli ABŞ vətəndaşı, poker oyunçusu, milyonçu qumarbaz Den Bilzeryan Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib, nümayişkaranə şəkilədə atəş açıb. Azərbaycan Baş Prokurorluğunda onun barəsində cinayət işi başladılıb, o, "İnterpol" xətti ilə beynəlxalq axtarışa verilib.

Şərhlər

keşlə 2018-08-31 13:42:33

Bağışlayın ey, yəni o dumbulyan gələn dəfə gələndə Siz onu Qarabağa buraxmayacaqsınız?? Elə söz danışırsınız ki, bişmiş yox ey, lap Hövsan aerasiyasına çatmış toyuq da şaqqanaq çəkir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol