Bakı şəhər İcra Hakimiyyəti Bakı ərazisində küçə və prospektlərə baxan binalarda mənzillərin eyvanından paltar asmağı və qurutmağı qadağan edib. Bu haqda musavat.com-a sakinlərdən məlumat daxil olub. Hazırda bu iş üzrə rayon icra hakimiyyətlərinə tapşırıq verilib. Mənzil sahiblərindən tələb olunur ki, küçə və prospektlərə baxan eyvanlardan paltar asılmasın.
Məlumatda həmçinin bildirilir ki, bu qadağa Bakının bütün rayonlarına şamil olunacaq. Hazırda Mənzil İstismar İdarələri(MİS) və Mənzil Təsərrüfat Birliyi (MTB) işçiləri binalarda bu işlə bağlı reyd keçirirlər. Sakinlərdən tələb olunur ki, iki eyvanlı evə sahib olanlar paltarlarını küçəyə yox, həyətə baxan eyvandan assınlar. Həyətlərə baxan eyvanı olmayanların isə eyvanda quruducu asılqanlardan istifadə etməsi tələb olunur.


Şərhlər
Bunlar ne danışdıqlarını bilmirler,yeni evlerinde paltar yuyulmur? Hardan asmalıdı insanlar gösterin
Eldar muellim bizim camaatimiz her weyden bir cixiw yolu tapandir. Bele olmasin deye siz bele birdefelik eyvanlarin hamisini hormek barede tapwiriq veresiniz. Men size gore deyirem birde gordun emekdawlarinizla keceye paltar seren qadinlar arasinda elbeyaxa davalar bawladi. Sonra da mesele boyuyub catacaq PA-na!
DEMƏLİ, HƏR VƏZİFƏYƏ GƏLƏN FƏALİYYƏTƏ ANCAQ QADAĞANLARLA BAŞLAYIR.ANCAQ QADAĞAN.ANCAQ MƏHDUDLAŞDIRMA. BİR NƏFƏR DƏ OLSUN MƏMUR XALQIN XEYİRİNƏ BİR ADDIM ATDIĞINI TÖVBƏ EŞİTMƏMİŞƏM.XALQLA BELƏ RƏFTAR OLARMI?
Sumqayıtdan çıxıb Bakıya gələndə Zakir Fərəcov, Eldar mallımın ``zir-zibilini`` təmizləməyə 6 ay vaxt sərf elədi.Gəncədən çıxanda Elmar bir neçə ay zillət çəkdi.. İndi Bakını tapşırdıq ki,h.abutalıbovun az-çox qoyub,getdiyi nə varsa hamısını ``xoşbəxt`` eləsin.