«AzPolitika.info» Özbəkistan KİV-nə istinadla xəbər verir ki, Przident Şövkət Mirziyeyev rusiyalı biznesmenlər - Əlişir Usmanov və Vahid Ələkbərovu ordenlərlə təltif edib.
Xəbəri «Fərqanə» nəşri yayıb.
Mail.ru holdinqinin yaradıcısı Əlişir Usmanov Özbəkistanla Rusiya arasında əlaqələrin inkişaf etdirilməsindəki xidmətlərinə, mesenatlıq və vətənə məhəbbət hisslərinə görə, «El yurt hörməti» (Ümumxalq hörməti) ordeni ilə təltif olunub.
«LUKoyl» şirkətinin başçısı Vahid Ələkbərov isə Özbəkistanın neft-qaz sektorunun inkişafındakı xidmətlərinə görə, «Dostluq» ordeni ilə təltif olunb.
Usmanov Özbəkistan SSR-in Namanqan vilayətinin Çust şəhəridə doğulub, Ələkbərov isə bakılıdır.
2018-ci ildə «Forbes» jurnalı Usmanovun varidatını 12,5 mlrd dollar, Ələkbərovun varidatını isə 16,4 mlrd dollar həcmində qiymətdəndirib.


Şərhlər