Moskva keçmiş müdafiə naziri Mikael Arutyunyanı Yerevana verməyəcək. M.Arutyunyan 2008-ci ilin martında dinc əhaliyə qarşı ordudan istifadə olunmasında ittiham edilir. Bu barədə "İnterfaks" agentliyi RF hüquq-mühafizə orqanlarına istinadən bildirib.
İmtinaya səbəb odur ki, M. Arutyunyan 2002-ci ildən Rusiya vətəndaşlığına malikdir. Rusiya isə öz vətəndaşlarını xarici ölkələrə vermir, mənbə qeyd edib.
Mart hadisələri ilə bağlı cinayət işi üzrə keçmiş prezident Robert Köçəryan da keçir. O həbs olunmuşdu, lakin sonradan Apellyasiya Məhkəməsi onu həbsdən azad edib.
Qeyd edək ki, M.Arutyunyan da Robert Köçəryan kimi əslən Azərbaycandandır. O, Şamaxı rayonunun Saqiyan kəndində anadan olub. Bakı Ali Ümumqoşun Məktəbini bitirib. (Turan)


Şərhlər
Arutyunyan bir canidir.O Rusiyanın tapşırığı ilə DQ-də Azərbaycan əsgərlərini qırıb.Onu Rusiyaya yaxınlaşdıran da elə budur.Xalqımıza xəyanət edən belə generallar və ermənistana sadiq hərbiçilər ilə KTMT-də bir sırada dayanmaq çox böyük bəlalara səbəb olacaq.Allah bizi növbəti Rusiya təhlükəsindən qorusun!