Menu

ABŞ-ın atom sualtı qayığı Cəbəllütariq limanına daxil olub

01.09.2018, 15:34
ABŞ-ın atom sualtı qayığı Cəbəllütariq limanına daxil olub

ABŞ-ın "Los Anceles" tipli "Nyuport Nyus" atom sualtı qayığı Cəbəllütariq limanına daxil olub.

"Report" RT-yə istinadən xəbər verir ki, yerli "Gibraltar Chronicle" nəşri sualtı qayığın avqust 30-da liman ərazisində göründüyünü yazıb.

Qəzetdə qeyd olunan məlumata görə, İspaniya gömrük orqanlarına məxsus qayıq sualtı qayığa yaxınlaşmağa çalışsa da, Cəbəllütariq polisi onu dayandırıb.

Cəbəllütariqdə bazası olan Böyük Britaniya Silahlı Qüvvələri "Twitter" hesabında ABŞ-ın sualtı qayığının limana yanaşmasının planauyğun olduğunu təsdiqləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol