Menu

Türkiyə ABŞ-ın qərarını pisləyib

02.09.2018, 12:52
Türkiyə ABŞ-ın qərarını pisləyib

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) bəyan edib ki, Ankara Vaşinqtonun BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Kömək və Sosial İnkişaf Agentliyinin (UNRWA) maliyyələşdirilməsini tamamilə dayandırmaq barədə qərarından məyus olub.

“Report” xəbər verir ki, xarici siyasət idarəsinin saytına yerləşdirilən məlumata görə, ABŞ-ın qəqarı 5 milyondan çox fələstinlinin həyatına mənfi təsir göstərəcək.

XİN-dən onu da əlavə ediblər ki, bu addım Fələstin probleminin iki dövlətin mövcudluğu, regionda sülh və sabitlik əsasında nizamlanması üzrə həll yolarının axtarışına ziyan vuracaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol