Menu

Göygöldə iki maşın toqquşub, xəsarət alan var

02.09.2018, 14:46
Göygöldə iki maşın toqquşub, xəsarət alan var

Göygöl rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib."Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin qarşısında olub.

"Mercedes"markalı avtomobillə "VAZ" markalı maşının toqquşması nəticəsində bir nəfər xəsarət alaraq Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol