Menu

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

02.09.2018, 23:49
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Gəncə-Samux avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib."Report"un Qərb bürosunun məlumatına görə, hadisə yolun Gəncə şəhərindən keçən ərazisində qeydə alınıb.

Belə ki, "Niva" markalı avtomobillə "QAZ-3110" markalı avtomobil toqquşub. Hadisə nəticəsində Samux rayon Qovlar kənd sakini, 1980-ci il təvəllüdlü Rəşad Gəray oğlu Xəlilov və onun həmyaşıdı Şaiq Elxan oğlu Əhmədov xəsarət alıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Əraziyə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub. Qəzanın başvermə səbəbləri araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol