Menu

Bu gündən məktəblərdə dərsliklər paylanılır

03.09.2018, 15:23
Bu gündən məktəblərdə dərsliklər paylanılır

Sentyabrın 3-dən şagirdlər dərslikləri təhsil aldıqları ümumtəhsil müəssisəsindən əldə edə bilərlər. Təhsil Nazirliyindən KİV-ə bildiriblər ki, dərsliklərlə təmin olunmadıqda isə bu barədə məktəb rəhbərliyinə vaxtında məlumat verilməlidir.

Dərsliklər hər şagirdə bir tədris ilində istifadə edilmək üçün verilir. Hər dərsliyin istifadə müddəti onun buraxılış ilindən etibarən dörd ildir.

Xatırladaq ki, yeni tədris ilində dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 milyon 726 min 29 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol