Menu

Bakıda lift qırıldı, ərəblər xəsarət aldı — VİDEO

03.09.2018, 17:47
Bakıda lift qırıldı, ərəblər xəsarət aldı — VİDEO

Bakının Fəzail Bayramov 11/56 ünvanındakı yeni tikili binada qəza baş verib.Sfera.az "Ölkə.Az”-a istinadən xəbər verir ki, binanın 22-ci mərtəbəsində liftin trosu qırılaraq birinci mərtəbəyə çırpılıb. Hadisə yerindən bildirilir ki, bu zaman liftdə 5 İraq vətəndaşı və bir nəfər azərbaycanlı olub.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb edilib. İnsident nəticəsində 2 ərəb xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır. Hazırda ərazidə polis işləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol