Menu

Rusların smartfonu yararsız çıxdı - Rabitə naziri də bəyənmədi

04.09.2018, 17:42
Rusların smartfonu yararsız çıxdı - Rabitə naziri də bəyənmədi

"AzPolitika" Rusiya mətbuatına istinadla xəbər verir ki, bu ölkənin rabitə naziri Konstantin Noskov "Rostelekom" tərəfindən hazırlanan smartfonları tənqid edib. Əsasən dövlət qulluqçularının istifadəsi üçün nəzərdə tutulan Rusiya istehsallı smartfonlar büdcəyə 160 milyard rubla başa gələcək. Lakin rabitə naziri deyib ki, bu smartfonlar müasir tələblərə cavab vermir və natamamdırlar: "Bu telefondan məndə var. Problem ekomühitin olmamasıdır. Bu telefonda çoxlu sayda proqram yoxdur və onun çatışmazlığı hansısa texniki xarakteristika ilə yox, məhz lazımi ölçüdə proqram təminatının olmamasıdır."

"SALİFİSH OS" adlı bu smartfonlardan 2021-ci ilə qədər artıq 8 milyona yaxın abunəçinin istifadə edəcəyi nəzərdə tutulub. Onun hazırlanmasında əsas rolu vaxtilə Finlandiyanın NOKİA şirkətində çalışmış mütəxəssislərin yaratdığı "JOLLA" şirkəti oynayıb. Həmin şirkət 2015-ci ildə keçirilən tenderin qalibi olub. Lakin buna baxmayaraq, hökumət şirkətin ərsəyə gətirdiyi məhsuldan narazıdır.

Bu fakt bir daha göstərir ki, Rusiya hələ də uzun müddətdir geridə qaldığı elektron məişət cihazlarının istehsalı sahəsində heç bir ciddi dönüş yarada bilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol