Menu

Azərbaycanda zəlzələ olub

05.09.2018, 21:46
Azərbaycanda zəlzələ olub

Yerli vaxtla saat 21:11-də Lənkəran stansiyasından 10 km qərbdə, Lənkəran ərazisində zəlzələ qeydə alınıb. "Report" Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Yeraltı təkanların maqnitudası 3,7, dərinliyi 16 km olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol