Terror təşkilatı PKK-nın Ermənistandakı düşərgələrindən çoxsaylı terrorçu Türkiyə ərazisinə keçib. Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı Türkiyə hakimiyyətinə bağlı “Yeni Şafak” qəzeti hərbi-kəşfiyyat mənbələrinə istinadən yayıb.
Məlumata əsasən PKK-nın Ermənistandakı düşərgələrindən terrorçular solçu radikal qrupların cəmləşdiyi Ağrı, Bingöl, Tunceli və Tokat bölgələri üzərindən Qara dəniz sahilindəki dağlıq bölgələrə keçməyə çalışırlar. Bildirilir ki, Ermənistandan sızan terrorçular Gümüşhanə səmtinə keçməyə hazırlaşdığı qeydə alınıb.

Xəbərdə deyilir ki, Ermənistandakı düşərgələrdən PKK-çılar sərhədi keçərək Ağrı bölgəsindəki Tendürək dağında cəmləşiblər. Onları havadan pilotsuz kəşfiyyat təyyarələri qeydə alıb. Bu terrorçular TİKKO, MKP, TİKB, MLKB kimi radikal solçu qruplaşmaların uniformalarını daşıyır, onlar mövsümi işçilər adı altında Qara dəniz bölgəsinə keçməyə can atırlar.

Qəzet yazır ki, yaranmış vəziyyətlə bağlı Türkiyə ordusu Tunceli, Bingöl, Ağrı və Tokat bölgələrində geniş təhlükəsizlik tədbiri görüb, havadan pilotsuz təyyarələr müntəzəm olaraq bölgəni izləyir. Hərbi qüvvələr mümkün əməliyyat üçün hazırlıq vəziyyətindədir.
Xatırladaq ki, PKK-nın təkcə Ermənistanda yox, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində da düşərgələrinin olduğu məlumdur. Bu barədə Türkiyə mənbələri dəfələrlə məlumatlar yayıb.


Şərhlər
NURƏDDİNƏ:ermənistanda bəslənən PKK-çıların arxasında Rusiya dayanır.Ona görə də ermənistan ərazisinə Türkiyə girə bilməz.Türkiyənin Rusiyaya "könül açması" heç də Rusiyanın Türkiyəyə olan mövqeyini dəyişməyib.Düşmənin buynuzu olmur ki..
Türkiyə terrorçuları zərəsizləşdirmək məqsədi ilə İraqa, Suriyaya girdiyi kimi buyursun ermənistana,Qarabağa da girsin.Qüdrətini göstərsin.
Bu təlim düşərgələri sovet dövründə Rusiya tərəfindən yaradılıb.PKK-çılar təlimləri Rusiyanın ermənistandakı hərbi bazasında və Voronej şəhəri ətrafında keçirlər.Voronej şəhərində PKK-çı kürdlərin yaşadığı qəsəbələr var.Kürd liderlərindən kəlbəcərli Həjarın da Voronejdə yaşadığı deyilir..