Menu

"Avropa İttifaqı ölümcül təhlükə qarşısındadır!" - Avrokomisar

06.09.2018, 15:34
"Avropa İttifaqı ölümcül təhlükə qarşısındadır!" - Avrokomisar

«AzPolitika.info»-nun verdiyi xəbərə görə, Almaniyadan olan deputat  Günter Ettinger bildirib ki, xarici və daxili opponentlərinin onu zəiflətmək cəhdləri səbəbilə, Avropa İttifaqı (Aİ) layihəsinini «ödumcül təhlükə» təhdid edir. Bu barədə, büdcə və insan resursları məsələləri üzrə avrokomisar Günter Ettinger «Rolitico» nəşrinə bəyan edib.

«Mənim zənnimcə, layihə ölümcül təhlükə qarşısındadır. Avropada bəziləri - Polşa, Macarıstan, Rumıniya, İtaliya hökuməti onu zəiflətmək, hətta məhv etmək istəirlər» - deyə, Ettinger bildirib.

"Digər tərəfdən, Aİ üçün avtokratlar, xarici risk təşkil edən ticarət müharibəsindən və təcavüzdən istifadə edirlər" - deyə, Ettinger əlavə edib. Bu zaman avrokomisar Rusiya Prezidenti Vladimir Putini, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanı və «ağıllı çinliləri» xatırladıb.

Almaniyanın hakim Xristian-Demokrat İttifaqı Partiyasının nüfuzlu siyasətçisi Etinger öz hökumətləri barədə də tənqidi fikirlər səsləndirib. Onun sözlərinə görə, Berlin Avropaya yönəlik yetərli entuziazm nümayiş etdirmir, xüsusilə də növbə büdcə məsələsinə çatanda.

Avrokomisar qeyd edib ki, Aİ ölkələrinin liderləri təcili olaraq növbəti uzunmüddətli büdcə formalaşdırmalıdırlar ki, yeni çağırışlara qarşı durmaq qüdrətində olduqlarını sübut etsinlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol