MSK-nın sabiq üzvü vəfat etdi

Vaxilə “Millət” qəzetində jurnalist və baş redaktor vəzifələrində işləmiş, Azərbaycan Milli İstiqlal partiyasınıın (AMİP) keçmiş mətbuat katibi Asəf Orucoğlu vəfat edib.

Modern.az-ın məlumatına görə, bu haqda mərhumun dostları xəbər veriblər. Onun infarktan öldüyü bildirilir...

Asəf Oruc oğlu Əliyev 1967-ci ildə Daşkəsən şəhərində anadan olub. 1984-cü ildə C.C.Naxçıvanski adına Hərbi Liseyi bitirib.

1985-1987-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub.

1996-cı ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq əlaqələr fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Asəf Orucoğlu “Millət” qəzetində jurnalist və baş redaktor, AMİP-də mətbuat katibi, mətbuat və təbliğat məsələləri üzrə katib, “Araşdırma və proqnoz şöbəsi”nin müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat katibi işləyib.

2003-2005-ci illərdə Mərkəzi Seçki Komissiyasının üzvü olub.

Asəf Qaya imzası ilə şeirlər yazırdı.

300-ə yaxın şeirin müəllifidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar