Menu

“TURAZ Şahini - 2018”: Ətrafı tanıma uçuşları keçirilir

06.09.2018, 18:15
“TURAZ Şahini - 2018”: Ətrafı tanıma uçuşları keçirilir

Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq haqqında plana əsasən, Konya şəhərində “TURAZ Şahini - 2018” birgə taktiki-uçuş təlimləri davam edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərdə iştirak edən pilotlar ətrafı tanıma uçuşlarını icra ediblər.

Uçuşlardan əvvəl təyyarəçilər üçün təlimin qaydaları barədə müxtəlif brifinqlər təqdim olunub, hava şəraiti və digər texniki məsələlər müzakirə edilib.

[gallery columns="5" size="full" ids="448296,448297,448298,448299,448300"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol