Menu

Ukrayna və Türkiyə sərhədçiləri Qara dənizdə birgə patrul xidməti həyata keçirəcək

06.09.2018, 20:26
Ukrayna və Türkiyə sərhədçiləri Qara dənizdə birgə patrul xidməti həyata keçirəcək

Ukrayna Daxili İşlər Nazirliyi ilə Türkiyə Sahil Mühafizə Xidməti Qara dənizdə birgə patrul xidməti barədə razılığa gəliblər.

“Report” “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov məlumat verib.

“Türkiyə Sahil Mühafizə Xidmətinin komandanı Əhməd Kendirlə Qara dənizdə sərhədçilərin birgə fəaliyyəti ilə bağlı ciddi məsləhətləşmələr aparırıq. Missiya monitorinq və çevik cavablandırma tədbirlərini, müştərək qruplar yaratmağı, məlumat mübadiləsini nəzərdə tutur”, - o qeyd edib.

A.Avakov bildirib ki, bütün bunlar Ukraynanın Qara dənizdə təsirini artırmağa imkan yaradır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol