Menu

Özil milliyə qayıdacaq? - Lövdən açıqlama

06.09.2018, 20:40
Özil milliyə qayıdacaq? - Lövdən açıqlama

Almaniya millisinin baş məşqçisi Yoahim Löv yığmadakı karyerasını başa vuran "Arsenal"ın futbolçusu Məsut Özil haqda açıqlama verib.

Qol.az-ın xarici KİV-lərə istinadla yaydığı xəbərə görə, o, 29 yaşlı yarımmüdafiəçinin milliyə qayıdacağını gözləmədəyini deyib: "Məsut millidən getdiyini açıqladı. Onun bu qərarını dəyişəcəyini düşünmürəm".

Qeyd edək ki, Özil şəxsi "Twitter" hesabından millidəki karyerasını başa vurduğunu açıqlamışdı. "Arsenal"ın yarımmüdafiəçisi bunu Londonda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Almaniya ictimaiyyəti tərəfindən ona qarşı edilən irqçi təzyiqlərə görə etdiyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol