Menu

Rusiya Ermənistanın keçmiş müdafiə nazirinin axtarışını ləğv edib

07.09.2018, 12:54
Rusiya Ermənistanın keçmiş müdafiə nazirinin axtarışını ləğv edib

MDB üzrə dövlətlərarası axtarışa verilmiş Ermənistanın keçmiş müdafiə naziri, general-leytenant Mikael Arutyunyanın Rusiya ərazisində axtarışı ləğv edilib.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks" məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, 2008-ci il martın 1-də Yerevanda baş verən hadisələrdə ittiham olunan Arutyunyanla bağlı materiallar öyrənildikdən sonra onun Rusiya Federasiyası ərazisində axtarışının dayandırılması barədə qərar qəbul olunub. Amma mənbə bildirib ki, Arutyunyan MDB ölkələrində aşkar ediləcəyi halda, həbs edilə və Ermənistana ekstradisiya oluna bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol