Menu

"Paşinyanın Putinlə görüşündən xüsusi nəsə gözləmək lazım deyil" - Ermənistan prezidenti

07.09.2018, 19:11
"Paşinyanın Putinlə görüşündən xüsusi nəsə gözləmək lazım deyil" - Ermənistan prezidenti

Ermənistan prezidenti Armen Sarkisyan sentyabrın 8-də Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında baş tutacaq görüşü şərh edib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, jurnalistlərin bu görüşdən gözləntiləriylə bağlı sualına A.Sarkisyan görüşdən xüsusi nəsə gözləmək lazım olmadığını bildirib.

Ermənistan prezidenti N.Paşinyan və V.Putin arasında görüşün çox yaxşı və dostluq ab-havasında keçəcəyinə və bu cür görüşlərin mütəmadi olaraq baş tutacağına əminliyini ifadə edib.

Ermənistan-Rusiya münasibətlərindəki gərginlik barədə sualı şərh edərkən A.Sarkisyan bu münasibətlərdə uzunmüddətli və dərin gərginlik gözləmədiyini bildirib.

Şərhlər

Mirzə AĞ 2018-09-07 19:11:46

Neynək,"şon dığa" - diplomatiya işləməyəndə, toplar guruldayar!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol