Menu

İraqda etirazçılar “Lukoyl”un əməkdaşlarını girov götürdülər

08.09.2018, 10:23
İraqda etirazçılar “Lukoyl”un əməkdaşlarını girov götürdülər

Bəsrə şəhəri yaxınlığında etirazçılar Rusiyanın “Lukoyl” şirkətinin neft hasil etdiyi yatağa hücum ediblər. “Al-Arabia” telekanalı xəbər verir ki, etirazçılar orada çalışan fəhlələri girov götürüblər.

İran konsulluğunun yandırılmasından sonra İraqın Bəsrə şəhərində iğtişaşların iştirakçıları ABŞ diplomatik nümayəndəliyinə hücum ediblər.

Virtualaz.org “Kurdistan 24”ə istinadən xəbər verir ki, bu aksiyalarla eyni zamanda Kərbəla və Maysan vilayətlərində kütləvi nümayişlər keçirilir. Nümayişçilər Bəsrədəki aksiyaların iştirakçıları ilə həmrəylik nümayiş etdirirlər.

Dünən radikal şiə imamı Müqtəda əs-Sədr kütləvi küçə aksiyalarına çağırış edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol