Menu

Tripolidə baş verən toqquşmalarda ölənlərin sayı 78 nəfərə çatıb

08.09.2018, 21:09
Tripolidə baş verən toqquşmalarda ölənlərin sayı 78 nəfərə çatıb

Liviyanın paytaxtı Tripolidə bir həftədən çoxdur davam edən silahlı toqquşmalarda ölənlərin sayı 78 nəfərə çatıb.

"Report" TASS-a istinadla xəbər verir ki, bu barədə "Lybia TV" telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, qarşıdurmalarda 300-dən çox insan xəsarət alıb.

Telekanalın xəbərinə görə, hazırda xəstəxanalarda 210-dan çox zərərçəkən müalicə olunur. 103 nəfər ilk tibbi yardımı aldıqdan sonra tibb müəssisələrini tərk ediblər. Həmçinin bildirilir ki, daha 16 nəfər itkin düşüb.

Tripolidə toqquşmalar avqustun 26-da başlayıb. Qarşıdurmalarda bir tərəfdən 7-ci piyada briqadası, digər tərəfdən isə "Tripoli inqilabçıları" batalyonunun bölmələri iştirak edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol