Menu

"Məhz ABŞ təhlükəsiz perspektiv, inkişaf və sabitlik vəd edə bilər" - Yunanıstanın Baş naziri

09.09.2018, 00:04
"Məhz ABŞ təhlükəsiz perspektiv, inkişaf və sabitlik vəd edə bilər" - Yunanıstanın Baş naziri

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Yunanıstanın Baş naziri Aleksis Tsipras bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) ilə strateji əməkdaşlıq Yunanıstanın və bütün Balkan bölgəsinin yeni perspektivi üçün yaxşı bünövrə olacaq.

Onun sözlərinə görə, Yunanıstan və ABŞ-ı ümumi dəyərlər, o cümlədən, inkişafa cəhd və demokratiya uğrunda mübarizə birləşdirir.

«Bizim xalqları çox şey birləşdirir. Öncə bizi ümumi dəyərlər birləşdirir - ümumi dəyərlər uğrunda mübarizə, azadlığın ümumi hədəfləri və demokratiya. Bizim tarixi əlaqələrimiz var - tarixdə ən möhkəm əlaqələr, ağır əmək, ağır vaxtlar, həm də inkişaf və çiçəklənmə üçün davamlı səylər» - deyə, Tsipras Salonikidə keçirilən 83-cü Beynəlxalq sərgidə bildirib. Bu tədbirdə ABŞ fəxri ölkə qismində iştirak edir.

Baş nazir xatırladıb ki, Yunanıstan tənəzzülü və sərt iqtisadiyyatı artıq arxada qoyub və indi yeni sərvətlər yaratmaq məqsədinə köklənmiş iqtisadi potensialını reallaşdıra bilər. Onun fikrincə Yunanıstan ABŞ-ın mühüm təcrübəsindən çox şey götürməlidir.

Tsipras qeyd edib ki, məhz ABŞ Yunanıstana təhlükəsiz perspektiv, inkişaf, sülh və sabitlik vəd edə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol