Menu

Şəmkirdə dərəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas olunub

09.09.2018, 11:35
Şəmkirdə dərəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas olunub

Dünən axşam saatlarında Şəmkir rayonu, Seyfəli kəndində dərəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas olunub.

"Report" FHN-ə istinadla xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonu, Seyfəli kəndində dərəlik ərazidə 1 nəfər köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici dəstəsi tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol