Menu

Ermənistanın Müdafiə Nazirliyi də açıqlama yaydı

01.08.2014, 18:06
Ermənistanın Müdafiə Nazirliyi də açıqlama yaydı

Ermənistanın müdafiə nazirliyinin mətbuat katibi Azərbaycan tərəfini Dağlıq Qarabağda son qanlı toqquşmalara görə ittiham edib.

Artsrun Hovannisian Azadlıq Radiosunun Erməni xidmətinə deyib ki, avqustun 1-nə keçən gecə döyüşdə “bir sıra Azərbaycan əsgərləri öldürülüb”. Hovannisian deyir ki, ölənlərin sayı Azərbaycanın dediyindən çoxdur.

Hovannisian Bakının dediklərini təkzib edib ki, Erməni tərəfinin sabotaj qrupları gecə yarı Azərbaycan tərəfə keçməyə cəhd etməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol