Menu

Gürcüstana silah keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanılıb

09.09.2018, 13:16
Gürcüstana silah keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanılıb

Gürcüstana qanunsuz yolla silah keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanılıb.

“Report”un yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, istintaqla müəyyən olunub ki, 1977-ci il təvəllüdlü Ermənistan vətəndaşı “Qequti” sərhəd keçid məntəqəsindən Gürcüstana “Makarov” tipli tapança və 3 patron keçirməyə çalışıb.

Ermənistan vətəndaşını 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol