Menu

Qəbul imtahanlarına görə ölkə boyu SMS və internet kəsildi

01.08.2014, 18:44
Qəbul imtahanlarına görə ölkə boyu SMS və internet kəsildi

Özbəkistan hakimiyyəti avqustun 1-də bütün ölkə boyu internet və mobil telefonların SMS sistemini kəsib. Buna səbəb Özbəkistanda universitetlərə qəbul imtahanlarının keçirilməsidir.

Azaflıq Radiosunun müxbirləri xəbər verirlər ki, polis imtahana gələnlərin üstünü yoxlayır və mobil telefonları, “şparqalkaları” alır.

Özbəkistanda universitetlərə qəbul imtahanları üçün şüarlar da fikirləşilib: “İmtahana yalnız qələmlə get”,

“Telefonları qırağa qoy, imtahanda başından istifadə elə”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol