Menu

AXTARIŞDA OLAN SEPARATÇI RUSİYADA HƏBS EDİLDİ - Təhvil veriləcək

10.09.2018, 16:24
AXTARIŞDA OLAN SEPARATÇI RUSİYADA HƏBS EDİLDİ - Təhvil veriləcək

Azərbaycan hüquq-mühafizə orqanlarının barəsində axtarış elan etdikləri separatçı Fəxrəddin Abbasov (Aboszadə) Rusiyada həbs edilib. “Report” xəbər verir ki, bu məlumatı Rusiya KİV-i yayıb.

Bildirilib ki, Moskva vilayətinin Lüberets Şəhər Məhkəməsi Fəxrəddin Abbasovun Azərbaycan Respublikasına təhvil verilməsi üçün barəsində bir aylıq həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, Fəxrəddin Abbasov Rusiyada yaşadığı müddətdə Azərbaycana qarşı hədyan çıxışlar edib. O, Ermənistanda dəfələrlə səfərdə olub, daim işğalçı Ermənistanı müdafiə etməklə yanaşı, Azərbaycanın ərazi bütövlüyünə qarşı da çıxışlar edib.

Qeyd edək ki, Fəxrəddin Abbasov 1956-cı il dekabrın 25-də Azərbaycanın Lerik rayonunun Bılabənd kəndində anadan olub. 1993-cü ildə Azərbaycanda separatçılıq fəaliyyəti ilə məşğul olub. 1994-cü ildə Azərbaycandan qaçıb və Rusiyada yaşayıb. 2014-cü ildə vətəndaşlıq almaq üçün Rusiyanın uyğun qurmlarına müraciət etsə də, vətəndaşlıq ala bilməyib.

Şərhlər

cəngərlik sakini 2018-09-10 16:24:12

Hakimiyyətdən narazı olmaq olar.Amma vətənə xəyanət edənin 1 adı var şərəfsiz.ASILSIN

G.M 2018-09-10 16:24:12

Bunu əməlli başlı mühakimə eləmək olar.Və beyninə girən Cin çıxana qədər başına şallaq vurulmalıdır.

Mirzə AĞ 2018-09-10 16:24:12

Bu kücük başından yekə qələtlər yapıb!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol