Odlu silahla silahlanmış bir kişi İstanbuldakı məktəblərdən birində müəlliməni girov götürüb.Virtualaz.org NTV telekanalına istinadən xəbər verir ki, bu barədə İstanbul valisi Vasip Şahin məlumat verib.
“Pendik səmtindəki məktəblərdən birində silahlı şəxs 22 yaşlı müəlliməni girov götürüb. Hazırda onunla danışıqlar davam edir”, - Şahin deyib.
Telekanal əlavə edir ki, hadisəyə səbəb gənc müəllimənin ərə getməyə hazırlaşdığı gənclə mübahisə etməsi olub. Kişi vəziyyəti aydınlaşdırmaq üçün məktəbə gəlib, lakin müəllimə onunla ünsiyyətdə olmaq istəmədiyini deyib. Bundan sonra gənc sevgili tapança ilə hədə-qorxu gələrək, qızı məktəbdəki otaqlardan birinə salıb və qapını bağlayıb.
Hadisə yerinə polis və təcili yardım maşınları gəlib.


Şərhlər