Menu

Rusiyalı snayperlər Ermənistandakı bazada təlim keçib

10.09.2018, 18:07
Rusiyalı snayperlər Ermənistandakı bazada təlim keçib

Rusiyanın Ermənistanda yerləşən Cənub Hərbi Dairəsinin (CHD) snayper bölməsinin hərbi qulluqçuları təlimlər keçiblər."Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, taktiki-xüsusi təlimlər "Kəmxud" yüksək dağlıq poliqonunda baş tutub.

Snayperlər şərti düşmənin canlı qüvvəsini və yüngül zirehli texnikasını məhv ediblər.

Təlimlərdə, ümumilikdə, 100-dən çox hərbi qulluqçu iştirak edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol