UEFA Millətlər Liqasının II tur oyununda Malta-Azərbaycan komandaları arasındakı qarşılaşmada hesab bərabərləşib.
"Report" xəbər verir ki, Azərbaycan millisinin oyunçusu Təmkin Xəlilzadə qarşılaşmanın 26-cı dəqiqəsində hesabı bərabərləşdirib: 1:1.
Maltadakı Ta Qali milli stadionunda keçirilən oyunu monteneqrolu hakimlər briqadası idarə edir.
Matçın baş hakimi Nikola Dabanoviçdir. Ona Milovan Djukiç və Jovica Tatar kömək edirlər. Dördüncü hakim funksiyasını Aleksandar Djikanoviç yerinə yetirir.


Şərhlər