Menu

Beynəlxalq Cinayət Məhkəməsi ABŞ-ın sanksiyalarla bağlı təhdidinə cavab verib

11.09.2018, 14:38
Beynəlxalq Cinayət Məhkəməsi ABŞ-ın sanksiyalarla bağlı təhdidinə cavab verib

Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun ABŞ-ın quruma qarşı sanksiya tətbiq etməsi ehtimalı haqqında bəyanatından narahat deyil.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə MCM-nin bəyanatında deyilir.

"BCM 123 ölkə tərəfindən dəstəklənən qərəzsiz və müstəqil qurumdur. BCM qanuni məhkəmə olaraq, qanunun aliliyi ideyasına uyğun olaraq yorulmadan işini davam etdirəcək", - bəyanatda deyilir.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton ABŞ hərbçilərinin Əfqanıstanda insanlığa sığmayan cinayətlər törədilməsində iştirak edib-etməməsini araşdırmalarına görə ABŞ-ın BCM-ə sanksiyalar tətbiq edə biləcəyini söyləmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol