Menu

Bu dəmir yolları birləşdirilir

11.09.2018, 18:10
Bu dəmir yolları birləşdirilir

Seul və Pxenyan dəmir yollarının birləşdirilməsi üzərində işləyirlər.

Trend-in məlumatına görə, bunu Koreya Respublikasının ərazi, infrastruktur və nəqliyyat nazirinin müavini Kim Çjon Rel Vladivostokda keçirilən Beynəlxalq iqtisadi forumda çıxışı zamanı bəyan edib.

O qeyd edib: "Bizim ölkələrimiz dəmir yollarının birləşdirilməsi üzrə işləri yerinə yetirirlər. Hazırda bu layihə çərçivəsində birgə araşdırma aparılır, həmçinin Hasan-Racin məntəqəsində konkret iş görülüb".

Nazir, həmçinin Koreya Xalq Demokratik Respublikası və Rusiya ilə birləşmiş dəmir yolları infrastrukturunun modernləşdirilməsinin vacibliyini vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol